BMT-nin baş katibi Türkiyəyə Ukraynada sülh səylərinə görə təşəkkür edib

Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla BMT-nin baş
katibi Antonio Quterreş arasında görüş keçirilib.

Trend xəbər
verir ki, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya
İdarəsinin yaydığı məlumata görə, görüş zamanı regional proseslər,
o cümlədən Ukraynadakı vəziyyət müzakirə edilib.

BMT rəhbəri Türkiyənin Ukraynadakı böhranından çıxmaq üçün
diplomatik səylərini dəstəklədiyini bildirib və sülh təşəbbüslərinə
görə Ankaraya təşəkkür edib.

Prezident Ərdoğan da öz növbəsində bütün beynəlxalq
ictimaiyyətin İstanbul danışıqları prosesinə dəstək verməsinin
vacibliyini vurğulayıb. Türkiyə lideri İstanbul prosesinin Ukrayna
böhranından ən etibarlı çıxış yolu olduğuna diqqət çəkib.

R.T.Ərdoğan əmin edib ki, Türkiyə humanitar böhrana son qoymaq
üçün BMT ilə sıx əməkdaşlığı davam etdirəcək. Onun sözlərinə görə,
Ankara Rusiya Federasiyası ilə Ukrayna arasında münaqişəni
dayandırmaq üçün səy göstərməklə yanaşı, ukraynalı mülki şəxslərin
təxliyəsini və bölgəyə humanitar yardımın çatdırılmasını
asanlaşdırmaq niyyətindədir.

Teqlər: