BMT-nin baş katibi Rusiya və Ukrayna prezidentləri ilə görüşmək niyyətindədir

BMT-nin baş katibi Antonio Quterreş Rusiya və Ukrayna
prezidentləri Vladimir Putin və Vladimir Zelenskidən onu müvafiq
olaraq Moskva və Kiyevdə qəbul etməyi xahiş edib.

Trend xəbər
verir ki, bu barədə baş katibin sözçüsü Stefan Dujjarik
bildirib.

Aprelin 19-da müvafiq məktublar Rusiya və Ukraynanın daimi
nümayəndələrinə təqdim edilib.

Dujjarikin sözlərinə görə, A. Quterreş iki ölkə prezidentləri
ilə Ukraynada sülhün bərqərar olması üçün təcili tədbirləri, eləcə
də gələcək çoxtərəfli münasibətləri müzakirə etmək
niyyətindədir.

Teqlər: