BMT-nin Baş katibi Pekində Çin rəhbərliyi ilə görüşəcək

BMT-nin Baş katibi Antonio Quterreş Çin rəhbərliyinin nümayəndələri ilə görüşəcək, digər dünya liderləri ilə təmasları da mümkündür.

AzerTimes-ın məlumatına görə, bu barədə brifinq zamanı BMT baş katibinin nümayəndəsinin müavini Eri Kaneko deyib.

“Sabah o, Si Tsinpin teşkil edəcəyi dövlət başçıları üçün lançda iştirak edəcək və Çin rəhbərliyi, eləcə də Olimpiadaya qatılan digər liderlərlə görüşü gözlənilir”, – deyə o bildirib.


E.Kaneko A.Quterreşin konkret kiminlə görüşəcəyini dəqiqləşdirməyib və qeyd edib ki, baş katibin yekun cədvəli üzərində hazırlıq işləri gedir.