BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi partlayışla bağlı başsağlığı verib

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka
Andreeva Bakıda baş verən partlayışla bağlı başsağlığı verib.

AzerTimes-ın
məlumatına görə, bu barədə V.Andreeva öz “Twitter” hesabında
yazıb.

“Dünən Bakıda baş vermiş faciəvi partlayışda yaxınlarını itirən
ailələrə dərin hüznlə başsağlığı veririk. Yaralıların tezliklə
sağalması diləyirik”, – deyə o bildirib.

Teqlər: