BMT İsraili qınadı: Namazda toplaşan fələstinliləri…

BMT İsraili qınadı: Namazda toplaşan fələstinliləri…

İsrail təhlükəsizlik qüvvələrinin Qüdsdəki Əl-Əqsa məscidində fələstinlilərə qarşı başlatdığı əməliyyatları qəti şəkildə qınayırıq.

AzerTimes xəbər verir ki, bu barədə BMT-nin işğal olunmuş Fələstin ərazilərində insan haqlarının vəziyyəti üzrə xüsusi məruzəçisi Françeska Albaneze deyib.

“Fələstinli müsəlmanlar Əl-Əqsa məscidinə daxil olmaq hüququndan istifadə edərək Ramazan duası üçün toplaşarkən, İsrail hakimiyyəti onlara qarşı açıq-aşkar həddindən artıq və əsassız güc tətbiq edib”, – o qeyd edib.

Albaneze ən azı 31 fələstinlinin binanın içərisində və xaricində yaralandığını, həkimlərin isə yaralılara tibbi yardım göstərməsinə icazə verilmədiyini bildirib.

Teqlər: