BMT İranı cəzalandırdı – İran xalqı sevindi

BMT İranı cəzalandırdı – İran xalqı sevindi

İran rejimi əhali arasında nüfüzunu itirdiyini necə ört-basdır edir?

Molla rejimi İran əhalisini elə bir duruma salıb ki, ölkənin uğurlarına narahat olur, uduzmasına isə sevinib şənlik edir.

Dünən axşam İran BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasından çıxarılıb. Bu xəbərin elan olunmasından sonra sosial şəbəkələrdə yayılan videolardan da göründüyü kimi, İranın bir neçə şəhərində insanlar sevinərək şənlik edib.

Noyabrın 8-də Qətərdə keçirilən futbol üzrə dünya çempionatında İran futbol komandasının ABŞ-a məğlub olmasından sonra da İranın bir çox şəhərində insanlar bunu bayram kimi qeyd edib, sevinclərini ifadə etdilər. Buna qarşı rejim qüvvələri şənlik edən insanları həbs edib, bir gənci isə güllələyərək öldürmüşdü.

Molla rejimi əhali arasında nüfuzunu itirdiyini ört-basdır etmək üçün rejimə bağlı muzdlulardan istifadə edir. Belə ki, bu qrup həm də küçələrdə etirazçılara qarşı istifadə edilir: Onlar yeri gələndə, rejimin xeyrinə mitinq edir, əza məclisi keçirir, futbol komandası udarsa, şənlik nümayişi etdirir, vətəndaş adına müsahibə verirlər və başqa bu kimi işlər görür.

Bu məsələ İnqilab Keşikçiləri Korpusuna bağlı “Fars” xəbər agentliyi saytının hakerlər tərəfindən ələ keçirilmiş məxfi sənədlərində də öz əksini tapıb. Bu məxfi materiallarda bir video-fayldakı danışıqlardan məlum olur ki, rejim özünə bağlı minlərlə insanı, o cümlədən, SEPAH və “Bəsic” təlükəsizlik qüvvələri və media nümayəndlərini İran futbol komandasına tərəfkeşlik etmək üçün Qətərin paytaxtı Dohaya göndərib. Hətta bu qrupun oyunlar zamanı İran futbol komandasına azarkeşlik etmək üçün Qətərə gələn xaricdə yaşayan İran vətəndaşlarına təzyiq göstərdiyi də söylənilir.

Teqlər: