BMT hazırki qlobal istiləşməni son 200 min ilin ən güclü istiləşməsi hesab edir

Bu gün müşahidə olunan qlobal istiləşmə son 200 min ilin ən
güclü istiləşməsidir.

Trend xəbər verir ki, bunu Ümumdünya Meteorologiya Təşkilatının
(ÜMT) baş katibi Petteri Taalas TASS-ın baş direktorunun birinci
müavini Mixail Qusmana eksklüziv müsahibəsində deyib.

Onun sözlərinə görə, son 100 ildə baş verən hadisələr
unikaldır.

“Biz planetin faydalı qazıntılarından – neft və qazdan istifadə
etməyə başladıq ki, bu da atmosferə karbon qazı emissiyalarının
artmasına səbəb oldu və bunlar aşağı atmosferin temperaturunu
artıran istixana qazlarıdır. Kömür, neft və qazın intensiv
yandırılması olmadan bunun mümkün olmadığına dair çox aydın elmi
sübutlar var”, – deyə Taalas izah edib.

Teqlər: