BMT, Dünya Bankı və Avropa İttifaqının birgə qiymətləndirmə
missiyasının ekspertləri Ağdama və Füzuliyə səfər ediblər.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası
Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad
edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi
Emin Hüseynov öz “Twitter” səhifəsində yazıb.
“BMT, Dünya Bankı və Avropa İttifaqının birgə qiymətləndirmə
missiyasının ekspertləri Ağdama və Füzuliyə səfər ediblər. Səfər
zamanı ekspertlərə şəhərlərin dağıdılmış tarixi abidələri
göstərilib, gələcək inkişaf planı haqqında məlumat verilib”, – E.
Hüseynov qeyd edib.