BMT-dən Liviya açıqlaması

BMT-dən Liviya açıqlaması

Liviyanın paytaxtı Tripolidə baş verən qarşıdurmalardan narahatıq.

AzerTimes xəbər verir ki, bu barədə BMT-nin Liviyadakı Dəstək Missiyası (UNSMIL) sosial media hesabında açıqlama yayıb.

BMT Tripolidəki silahlı münaqişələrlə bağlı dərin narahatlığını bildirərək, onların dərhal dayandırılmasına çağırıb. Silahlı qarşıdurmaların mülki əhali arasında itkilərə səbəb olduğu, mülki obyektlərə, o cümlədən xəstəxanalara ziyan vurduğu bildirilib.

Teqlər: