BMT-də islahatlar aparılmalıdır – Quterreş

BMT-də islahatlar aparılmalıdır – Quterreş

BMT Təhlükəsizlik Şurasında və Bretton-Vuds institutlarında islahatların aparılmasının vaxtı çatıb və onları bugünkü dünyanın reallıqlarına uyğunlaşdırmaq lazımdır.

AzerTimes xəbər verir ki, bunu BMT baş katibi Antonio Quterreş deyib.

“Qlobal maliyyə arxitekturası köhnəlib, işləmir və ədalətsizdir”, – Quterreş bildirib.

BMT-nin baş katibinin sözlərinə görə, COVİD-19 pandemiyası və Ukraynadakı münaqişənin yaratdığı iqtisadi sarsıntılar qarşısında qlobal maliyyə sistemi qlobal sığorta şəbəkəsi kimi əsas funksiyasını yerinə yetirə bilməyib.

Aprel ayında BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edən A.Quterreş bildirmişdi ki, BMT ölkələrinin əksəriyyəti Təhlükəsizlik Şurasında islahatların aparılmasının zəruriliyini bildirir.

Teqlər: