BMT Ukraynada 8,5 milyon insana yardım üçün 2024-cü ildə bu ölkəyə 3,1 milyard dollar ayırmağı planlaşdırır.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat verib.
Bildirilib ki, 2024-cü ildə Rusiyanın genişmiqyaslı işğalı səbəbindən 14,6 milyondan çox insan və ya Ukrayna əhalisinin 40%-i humanitar yardıma ehtiyac duyacaq.
Münaqişə həmçinin 6,3 milyon insanı xaricə qaçmağa məcbur edib.
Dörd milyon insan, o cümlədən bir milyona yaxın uşaq ölkədə məcburi köçkün olaraq qalır.