İqtisadi vəziyyətin pisləşməsi Əfqanıstanı humanitar fəlakət təhlükəsi ilə üz-üzə qoyub.
AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə BMT baş katibi Antonio Quterreşin yaydığı bəyanatda deyilir.
Baş katib 18 milyon əfqanın – ölkə əhalisinin demək olar ki, yarısının – yardıma ehtiyacı olduğunu diqqətə çatdırıb. “Humanitar bir fəlakət qaçılmazdır”, Quterreş deyib.
O, bütün tərəflərin Əfqanıstanda humanitar yardımın fasiləsiz və təhlükəsiz çatdırılmasını təmin etməli olduğunu bildirib.