BMT Baş Assambleyası Azərbaycanın təşəbbüsü və 126 ölkənin dəstəyi ilə vaksinlərlə bağlı qətnaməni qəbul edib

BMT Baş Assambleyası Azərbaycanın təşəbbüsü və 126 ölkənin dəstəyi ilə COVID-19 vaksinlərinə ədalətli çıxış imkanı barədə qətnaməni qəbul edib.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi “Twitter” səhifəsində bildirib.

Qeyd olunub ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq COVID-19-la mübarizədə başçılığını davam etdirir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: