Amerikanın özəl aerokosmik şirkəti “Blue Origin” əlverişsiz hava şəraiti səbəbindən suborbital uçuşunu təxirə salıb.
AzerTimes-ın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə şirkət öz “Twitter” səhifəsində məlumat yayıb.
Bildirilir ki, uçuş 13 oktyabra təyin edilib.
“New Shepard” suborbital raketinin 18-ci uçuşunun ekipaj heyətində məşhur aktyor Vilyam Şetner, “Blue Origin” şirkətinin vise-prezidenti Odri Pauers, NASA-nın keçmiş mühəndisi, “Planet Labs” şirkətinin həmtəsisçisi Kris Boşuayzen və sahibkar Qlen de Vri kosmosa uçacaqlar.
Xatırladaq ki, şirkətin sahibi Jeff Bezosun da iştirak etdiyi əvvəlki uçuş 20 İyulda həyata keçirilib.