Oktyabr ayında “Blue Origin” özəl aerokosmik şirkətinin “New Shepard” raketində orbital uçuşa çıxan turist heyətinin üzvü, Fransanın “Dassault Systemes” şirkətinin vitse-prezidenti Qlen de Vri təyyarə qəzasında həlak olub.
AzerTimes-ın məlumatına görə, bu barədə “Blue Origin” şirkətinin “Twitter” səhifəsində bildirilib.
Paylaşımda bildirilib: ” Qlen de Vriin gözlənilməz ölümü bizi sarsıtdı. O, şirkətin işinə və uçuş yoldaşlarına enerjili həyat gətirib”.
ABŞ-ın Mülki Aviasiya Federal İdarəsinin verdiyi məlumatına əsasən, Qlen de Vri tərəfindən idarə olunan “Cessna-172” təyyarəsi Esseks dairəsi hava limanından “Sasseks” dairəsi hava limanına gedirdi. Məlum olub ki, təyyarə Nyu Cersi ştatında Kema gölü yaxınlığında meşəlik ərazidə qəzaya uğrayıb.