Bloqerlik edən müğənni Zümrüd Tural tərcümeyi halını açıqladı

Ənənəyə sadiq qalaraq, müğənnilərdən onların dinləyicilərinin onlar haqqında bilmək istədikləri özəl həyatları haqqında, tərcümeyi halı barədə məlumat almağa davam etməkdəyik.

Növbəti müğənni müsahibimiz gənc və gözəl müğənni Zümrüd Tural oldu.

O, bizə öz bioqrafiyası barədə danışdı. Müğənninin özkeçmişi sizə təqdim edirik:

“Əzizova Zümrüd İlqar qızı 1997-ci ilin iyun ayının 7-də Göyçay şəhərində anadan olmuşdur. Körpə yaşlarından Bakı şəhərində böyüyüb, başa çatmışdır. Orta təhsilini Bakıda bitirmişdir. 2015-ci ildə Azərbaycan Dillər Universitetinin İngilis-Alman dili müəllimliyi fakültəsinə qəbul olmuşdur. Ali təhsilini bakalavr dərəcəsini fərqlənmə diplomu ilə bitirmişdir. Universiteti bitirdikdən sonra kursda İngilis dili müəlliməsi olaraq işləmişdir.

2019-cu ildə təhsil aldığı universitetdə tanış olduğu Tural Əzizov ilə ailə həyatı qurmuşdur.
Hal hazırda onların Kamal adlı bir övladları var.

2019-cu il yanvar ayında İnstagramda sosial şəbəkəsində “zumrud.tural” adlı hesab açaraq couple bloggerliyə addım atmışdır. Daha sonra həyat yoldaşı ilə bir çox xarici ölkələrdə səfərlərdə olmuş, fotosessiyalar etmişlər. Bloqer Türkiyə, Rusiya, Gürcüstan, B.Ə.Ə, Macarıstan, İtalya və sair ölkələrə səfərləri olmuş və bu ğlkələr barədə də maraqlı videolar qeydə almışdır.
Hal-hazırda yoldaşı ilə birlikdə reklam və marketinq işi ilə məşğuldur. Bir çox tanınmış dünya markaları ilə əməkdaşlıq edir. Bu markalara Pampers, Ariel,İndrive, Uber ,Mc Donalds, Bosch da daxildir.

Hal hazırda 400 minə yaxın izləyicisi var.

Diskoqrafiyası: “Leyli-Məcnun”, “Gəl görüşək”, “Birincisən”, “Oğlum”, “Gözlər məhəbbət”.”