Blinkenlə Hakan Fidanın görüşünün təfərrüatı bəlli oldu

Blinkenlə Hakan Fidanın görüşünün təfərrüatı bəlli oldu

ABŞ Dövlət katibi Entoni Blinkenlə Türkiyə xarici işlər naziri Hakan Fidanın Ər-Riyadda görüşünün təfərrüatı bəlli olub.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller məlumat verib.

Miller qeyd edib ki, tərəflər girovların azad edilməsinə və təcili atəşkəsə yönəlmiş səyləri müzakirə ediblər. Eyni zamanda, Blinken Qəzza zolağında hərbi əməliyyatların davam etməsinə görə HƏMAS-ın məsuliyyət daşıdığını bildirib.

Fidan və Blinken bölgədə davamlı sülhün təmin olunması, o cümlədən tamhüquqlu Fələstin dövlətinin yaradılması yolu ilə davam edən səyləri nəzərdən keçiriblər.

Teqlər: