Blinkenin Rəisi haqda utandırıcı bəyanatı… – Peskov

Blinkenin Rəisi haqda utandırıcı bəyanatı… – Peskov

ABŞ nümayəndəsinin bu qədər utandırıcı və kobud bəyanat verəcəyinə inanmaq çətindir.

AzerTimes xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov ABŞ Dövlət katibi Entoni Blinkenin helikopter qəzasında ölən İran Prezidenti İbrahim Rəisi ilə bağlı açıqlamasını şərh edərkən deyib.

“Düzünü desəm, mən hələ bu açıqlamanı orijinalda görməmişəm. İnanmaq çətindir ki, diplomat, xüsusən də ABŞ kimi bir ölkənin yüksək rütbəli nümayəndəsi diplomatik baxımdan belə utandırıcı bəyanat verə bilər. Və mahiyyət etibarı ilə desək, bu, bütöv bir xalqa qarşı kobud bir ifadədir”, – Peskov bildirib.

Qeyd edək ki, ABŞ Dövlət katibi Entoni Blinken İran Prezidenti İbrahim Rəisinin ölümü ilə bağlı “Onun hakim və prezident kimi fəaliyyətini xatırlasaq və bir daha belə fəaliyyətlərdə iştirak edə bilməyəcəyini nəzərə alsaq, bəli, İran xalqı üçün daha yaxşı oldu” deyib.

Teqlər: