ABŞ Dövlət katibi Entoni Blinkenin köməkçisi Karen Donfrid İçərişəhərdə olub.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi Feysbuk səhifəsində məlumat yayıb.
“Dövlət katibinin köməkçisi Karen Donfrid Bakıda olarkən Azərbaycan tarixi və mədəniyyəti haqqında daha ətraflı məlumat əldə edib və İçərişəhərlə tanış olub”, – məlumatda deyilir.