Blinkendən Szinpinin Putinlə görüşünə reaksiya

Blinkendən Szinpinin Putinlə görüşünə reaksiya

Çin sədri Si Szinpinin Moskva səfəri Çinin Ukraynada Rusiya cinayətlərinə “diplomatik örtük” hazırladığını göstərir.

AzerTimes xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.

“Szinpinin Beynəlxalq Cinayət Məhkəməsinin Prezident Putin haqqında həbs qərarı çıxarmasından bir neçə gün sonra Rusiyaya səfəri Çinin Ukraynada törədilən vəhşiliklərə görə Kremli məsuliyyətə cəlb etmək üçün heç bir cavabdehlik hissi daşımadığını və onları pisləməkdənsə, Rusiyanın cinayətlər törətməyə davam etməsi üçün diplomatik örtüklə təmin edəcək”, – Blinken qeyd edib.

Qeyd edək ki, bu gün Çin sədri Si Szinpin Rusiyaya qeyri-rəsmi səfər edib.

Teqlər: