Blinkendən Çinin sülh planına reaksiya

Blinkendən Çinin sülh planına reaksiya

ABŞ bütün Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılmasını tələb edən Kiyev sülh planını dəstəkləyir.

AzerTimes xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken Çinin Ukrayna münaqişəsi ilə bağlı sülh təklifini dəyərləndirərkən deyib.

O bildirib ki, Vaşinqton Moskvanın xeyrinə olan alternativ təkliflərə, xüsusən də Çinin təklifinə qarşıdır:

“Biz hamımız yaxşı niyyətli kimi görünə bilən cəhdlərdən ehtiyatlı olmalıyıq. Məsələn, münaqişəni potensial olaraq dondura biləcək atəşkəs çağırışı… Rusiya bundan sadəcə vaxt qazanacaq, silahlanmaq üçün istifadə edəcək və sonra yenidən hücuma keçəcək”.

Qeyd edək ki, Pekin 12 bəndlik sülh təklifi ilə çıxış edib.

Teqlər: