Fransada səfərdə olan ABŞ dövlət katibi Entoni Blinken bu
ölkənin xarici işlər naziri Jan-İv Le Drian ilə dünyada ərzaq
təhlükəsizliyini müzakirə edib.
Trend xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat
xidmətinin rəhbəri Ned Prays bildirib.
Onun sözlərinə görə, dövlət katibi və XİN rəhbəri “ikitərəfli
münasibətlər üçün vacib olan məsələləri, xüsusilə dünyada ərzaq
təhlükəsizliyi ilə bağlı vəziyyətdə qeyri-sabitliyə qarşı çıxmağın
zəruriliyini müzakirə ediblər”.
Onlar həmçinin İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli
Fəaliyyət Planının bərpası üzrə səyləri müzakirə ediblər.