Blinken: Çinlə soyuq müharibə istəmirik!

Blinken: Çinlə soyuq müharibə istəmirik!

ABŞ Çinlə yeni soyuq müharibəyə başlamaq niyyətində deyil.

AzerTimes xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Çinin xarici işlər naziri Van Yi ilə görüşü zamanı deyib.

“Amerika tərəfi Çinlə yeni soyuq müharibəyə can atmır, Çinin dövlət sistemini dəyişməyə çalışmır, eyni zamanda ÇKP-yə və onun siyasi roluna etiraz etməyəcək”, – bəyanatda deyilir.

Qeyd edək ki, bundan əvvəl Vanq Yi ABŞ hakimiyyətindən Çinə böhtan atmağı dayandırmağı və Çin şirkətlərinə qarşı birtərəfli sanksiyaları ləğv etməyi tələb etmişdi.

Teqlər: