Blinken bu dəfə Səudiyyəyə səfər etdi

Blinken bu dəfə Səudiyyəyə səfər etdi

ABŞ Dövlət katibi Entoni Blinken Səudiyyə Ərəbistanına səfər edib.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmisi Metyu Miller məlumat verib.

“Dövlət katibi Qəzza zolağında münaqişənin genişlənməsinin qarşısının alınması da daxil olmaqla kritik regional problemləri müzakirə etmək üçün Səudiyyə Ərəbistanındadır”, – Miller qeyd edib.

Qeyd edək ki, daha öncə Blinken Türkiyə, Qətər və BƏƏ səfərində olub.

Teqlər: