Biznes subyektləri ilə media orqanları arasında müzakirələr keçiriləcək

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda fəaliyyət göstərən ən məşhur biznes subyektləri ilə razılıq əldə olunub. Yaxın vaxtlarda biznes subyektləri ilə media orqanları arasında müzakirələr keçiriləcək.

AzerTimes-ın məlumatına görə, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov bir sıra media subyektlərinin rəhbər və nümayəndələri ilə görüşdə deyib.

Ə.İsmayılov bildirib ki, görüşdə bütün media subyektləri təmsil olunacaq və reklam məsələləri, media subyektlərini və biznes subyektlərini narahat edən məsələlər müzakirə ediləcək”, – deyə Ə.İsmayılov bildirib.

Ə.İsmayılov əlavə edib ki, Milli Mətbuat Günü ərəfəsində “Bakı Media həftəsi”nin keçirilməsi nəzərdə tutulur.

Teqlər: