Bizi yeni müharibə gözləyir: daha çox itirəcəyik – Liparityan

Bizi yeni müharibə gözləyir: daha çox itirəcəyik – Liparityan

Əgər İrəvan Azərbaycanın şərtlərini qəbul edib sülh müqaviləsi imzalamasa, onu yeni müharibə gözləyir.

AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın sabiq müşaviri Jirayr Liparityan deyib.

Jurnalistin “sülh müqaviləsinin imzalanması Qarabağın Azərbaycan ərazisi kimi tanınması olacaq” replikasına Liparityan belə cavab verib:

“Bizim müqavimət üçün imkanımız varmı? Niyə biz əldə edə bilməyəcəyimizi tələb edirik?”

O vurğulayıb ki, 44 günlük savaşdan sonra Bakının tələbləri əhəmiyyətli dərəcədə sərtləşib:

“Əgər biz 2020-ci ilin yayında masadakı plana razılaşasaydıq, daha az şey itirərdik. Belə məntiqi rəhbər tutaraq, yeni müharibənin ola biləcəyini və daha çoxunu itirəcəyimiz barədə düşünmürsünüzmü? Müqavilə yeni müharibənin olmayacağı ehtimalını 20%-ə çatdıracaq. Əgər onu imzalamasaq, müharibədən qaçmaq olmayacaq.

Bundan başqa, Qarabağ bizim deyil ki, onu kiməsə verək. Biz artıq onu itirmişik. Müharibə nəticəsində biz Qarabağ məsələsində nəsə demək haqqını itirdik”.

Teqlər: