Ermənistan çox ağrılı addımla razılaşdı, çünki strateji müttəfiqimiz (Rusiya nəzərdə tutulur – red.) bizim üçün ən əlverişsiz həll yolunun tərəfdarıdır.
AzerTimes xəbər verir ki, bu sözləri erməni politoloq Aram Sərkisyan deyib.
O bildirib ki, Azərbaycana təsir etmək və hərbi balansı bərpa etmək iqtidarında olan yeni müttəfiqlər bir çox yerlərdə belə bir həlldən istifadə ediblər və xoşbəxtlikdən, nəticələr pis deyil:
“Ermənistana daha 3-5 il zəmanətli sülh lazımdır, əminəm ki, bundan sonra Azərbaycan sərhəddəki toqquşmalardan, qeyri-sabitlikdən şikayətlənəcək”.
Rusiyanın uduzacağına əminliyini ifadə edən Sərkisyan sonra “növbənin” Azərbaycana gələcəyini iddia edib.
O, regional iqtisadi-siyasi formata qarşı da çıxıb:
“3+3 formatlı proqramlarla Qərbi regiondan sıxışdırmağa çalışan liderlər bağışlanmayacaq”.