Biz Xankəndidə oynamağa hazırıq.
AzerTimes xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Araz-Naxçıvan”la matçdan (1-2) sonra təşkil olunan mətbuat konfransında deyib.
Jurnalistin “Qarabağ”ın Xankəndidə oyunlar keçirəcəyi deyilir. Bu, cari mövsümdə nə dərəcədə realdır?” sualına cavabında təcrübəli mütəxəssis qeyd edib:
“Bu, mənə aid olmayan sualdır. Çünki, dövlət səviyyəsində verilməli olan qərardır. Əgər belə qərar verilsə, biz orada oynamağa hazırıq”.