Biz Rusiya ilə bu ölkəyə qarşı birləşmişdik

Biz Rusiya ilə bu ölkəyə qarşı birləşmişdik

Ukraynada müharibə Rusiya ilə Avropa arasında münasibətlərin səviyyəsini 2002-ci ildən əvvəlki dövrə qaytarıb.

AzerTimes xəbər verir ki, bu sözləri İtaliyanın sabiq baş naziri və “İrəli İtaliya” partiyasının lideri Silvio Berluskoni deyib.

Berluskoninin sözlərinə görə, o, baş nazir olarkən Rusiya və Avropanı bir-birinə yaxınlaşdırmağa və “möhkəmlənmiş Qərb” kimi birlikdə 21-ci əsrin əsas çağırışına, Çin ekspansionizminə qarşı mübarizə aparmağa çalışıb:

“Təəssüf ki, Ukraynanın işğalı planımızı puça çıxardı, çünki biz 2002-ci ildən əvvələ qayıtdıq, Rusiya Avropadan təcrid olundu, Qərb ölkələri Rusiyaya qarşı birləşdi”, – o bildirib.

“Əlbəttə ki, bu vəziyyətdə biz Ukrayna kimi azad və demokratik ölkənin hüquqlarını qorumaqda yalnız Qərbin yanında ola bilərik. Biz sülh üçün çalışacağıq, bunu Qərb müttəfiqlərimizlə razılaşaraq, Ukrayna xalqının iradəsinə hörmət edərək edəcəyik. Bu məsələdə bizim mövqeyimiz qəti və aydındır və hər hansı səbəbdən heç kim tərəfindən sorğulana bilməz”, – deyə Berluskoni əlavə edib.

Qeyd edək ki, 2002-ci ilin may ayında Pratica di Mare hərbi bazasında Rusiya və NATO ölkələri arasında ümumi maraq dairələrində işin gücləndirilməsi və ümumi çağırışlara qarşı mübarizə haqqında sazişlər bağlanmışdı.

Teqlər: