Tarixdə Ukraynanın Krımı unutduğu bir an olmayacaq. Krım platformasının sammitində diplomatik səylər baxımından yarımadanın işğaldan azad edilməsi ilə bağlı hər şey müzakirə olunacaq. İclas avqustun 23-də onlayn baş tutacaq. Müharibə olmasına baxmayaraq, sammit keçirilməlidir və təxirə salınmamalıdır.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna XİN rəhbəri Dmitri Kuleba “Ukrinform”a müsahibəsində deyib.
“Biz Krım Platformasının ötən il təsis sammitində iştirak edən bütün iştirakçılarını, eləcə də yeni tərəfdaşları dəvət edirik. Bu, beynəlxalq hüququn və qlobal sülhün qorunması məsələsidir. Nə qədər çətin olsa da, biz həmişə strateji düşünməliyik – ərazimizi işğaldan azad edəcəyimiz an gələcək. Krım platformasının zirvə toplantısı məhz buna işarədir”, – Kuleba bildirib.