Biz hazırıq, söz Türkiyənindir – İrəvan

Biz hazırıq, söz Türkiyənindir – İrəvan

Biz Ermənistan-türkiyə sərhədini açmağa hazırıq, bu planda top Türkiyə tərəfindədir.

AzerTimes xəbər verir ki, bu sözləri Ermənistan XİN başçısının müavini Vaan Kostanyan mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, ötən ilin iyununda iki ölkənin xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıç arasında razılıq əldə olunub:

Razılıq bir neçə dəfə, o cümlədən ən yüksək səviyyədə, eləcə də xarici işlər naziri Ararat Mirzoyanın zəlzələdən sonra Ankaraya səfəri zamanı təsdiqlənib. Biz həm üçüncü ölkə vətəndaşları, həm də geniş əhali üçün sərhədi açmağa hazırıq. Bu baxımdan top Türkiyə tərəfindədir”.

Teqlər: