Biz dəfələrlə qeyd etmişik ki, Bakı ilə İrəvan… – Rusiya XİN

Biz dəfələrlə qeyd etmişik ki, Bakı ilə İrəvan… – Rusiya XİN

Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçtərəfli bəyanatlara əsaslanmalıdır.

AzerTimes xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Məlumat və nəşr departamentinin direktor müavini İvan Neçayev deyib.

“Rusiya Cənubi Qafqazın sülh və çiçəklənmə zonasına çevrilməsinin tərəfdarıdır. Biz bu istiqamət üzrə işimizdə sırf qurucu mövqe tuturuq və heç kimlə rəqabət aparmaq niyyətində deyilik. Bizim məqsədlərimiz konstruktivdir. Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına gəldikdə, biz dəfələrlə qeyd etmişik ki, müvafiq səylər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-c il üçtərəfli bəyanatlarına əsaslanmalıdır. Regiona daxil olmayan ölkələr qeyd olunan razılaşmalar müstəvisində fəaliyyət göstərəcəksə və onların reallaşmasına xidmət edəcəksə, biz bu ölkələrin prosesə qoşulmasına qarşı deyilik. Ən əsası, kimisə zəiflətmək üçün səhnəarxası oyunların aparılmasına yol verməməkdir”, – İ.Neçayev qeyd edib.

Teqlər: