Biz buna rekord müddətə nail olduq

Biz buna rekord müddətə nail olduq

Ukrayna tədricən Avropanın enerji təhlükəsizliyinin təminatçılarından birinə çevriləcək.

AzerTimes xəbər verir ki, bu açıqlama ilə Ukrayna Prezidenti Vladimir Zelenski çıxış edib.

“Biz Avropa Birliyində istehlakçılara elektrik enerjisi ixracımızı artırmağa hazırlaşırıq. Müharibəyə baxmayaraq, biz Ukraynanın enerji şəbəkəsini bütün Avropanın enerji sisteminə qoşmağa rekord müddətə nail olduq. İxracımız bizə nəinki valyuta gəlirləri əldə etməyə, həm də tərəfdaşlarımıza Rusiyanın enerji təzyiqinə tab gətirməyə imkan verir. Biz öz elektrik enerjimizlə Ukraynanı tədricən Avropanın enerji təhlükəsizliyinin təminatçılarından birinə çevirəcəyik”, – Zelenski bildirib.

Qeyd edək ki, Ukrayna Avropaya elektrik enerjisi ixracını iki dəfə artıracaq.

Teqlər: