Biz Avropa mədəniyyətini Azərbaycanla bölüşməkdən məmnunuq – Peter Mixalko

Biz Avropa mədəniyyətini Azərbaycanla bölüşməkdən məmnunuq.

Trend-in
məlumatına görə, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri
Peter Mixalko Dənizkənarı Milli Parkda “Eurovillage” Avropa
şəhərciyinin açılışında deyib.

“Eurovillage” Avropaya açılan pəncərədir, Aİ-nin rəngarəng
mədəniyyətini görmək, tanımaq imkanıdır. Biz bu bayramı
azərbaycanlı dostlarımızla bölüşmək, Aİ ilə Azərbaycanın qurmaqda
olduğu möhkəm tərəfdaşlıq barədə məlumat verməkdən məmnunuq”, –
P.Mixalko deyib.

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev öz çıxışında
bildirib ki, Azərbaycan bir neçə xalq və mədəniyyətlərin
evidir.

“Bu baxımdan “Eurovillage” xüsusi rəmzi məna daşıyır. Aİ təkcə
iqtisadi deyil, həm də mədəni baxımdan Azərbaycanın vacib
tərəfdaşıdır. Azərbaycan yeni mədəni dəyərlər üçün açıqdır”, – deyə
o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: