Biz 44 günlük Vətən müharibəsində Azərbaycana qarşı media terroru gördük – Rufiz Hafizoğlu (VİDEO)

Biz 44 günlük Vətən müharibəsində Azərbaycana qarşı xəbər və
media terroru gördük. Lakin heç bir sayt bloklanmadı. Azərbaycan
müharibəni doğru şəkildə aparırdı, hər hansı bir cinayət
törətmirdi. Amma Rusiyanın belə bir addım atması qəribə səslənsə
də, əslində, Rusiya mediasının Şimali Koreya istiqamətində böyük
addımlarla irəliləməsinin bir göstəricisidir. Bu, üzücü bir
faktdır.

Trend xəbər verir ki, bu sözləri Azərbaycan
Televiziyasının “Çıxışa doğru” verilişində çıxışı zamanı Trend
Beynəlxalq İnformasiya Agentliyinin baş direktorunun müavini,
Agentliyin Xarici Layihələr Direksiyasının rəhbəri Rufiz Hafizoğlu
deyib.

Onun sözlərinə görə, Azərbaycan, xüsusən, erməni və Rusiya
imperialist ideologiyalarını təmsil edən maşınlara qarşı qoruyucu
və qabaqlayıcı tədbirlər almalıdır.

“Rusiyada hakim dairələrin doğru xəbərə qarşı bir immuniteti
yoxdur. Dünya çox dəyişib, reallıqlar başqadır və həmin
reallıqlarla barışmaq lazımdır”, – deyə o əlavə edib.

Teqlər: