Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti 29
min dollaradək azalıb.
Trend-in
məlumatına görə, bu, 2021-ci ilin iyunundan bəri qeydə alınmış ən
aşağı göstərici olub.
Son sutka ərzində kriptovalyutanın dəyəri 8 faiz azalıb.
Ümumilikdə, bitkoin martın əvvəlindən etibarən dəyər itirməyə
başlayıb. Həmin dövrdən bu günədək kriptovalyuta 40 faizə yaxın
ucuzlaşıb.