Birləşmiş Krallığın London, Mançester, Birmingem və Qlazqo
şəhərlərində Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar
məlumatlandırma aksiyası keçirilib.
AzerTimes xəbər verir ki,
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Böyük Britaniyada
fəaliyyət göstərən “Natavan Qrup”un təşkilatçılığı ilə Xocalı
soyqırımına dair məlumatların, şüarların və təsvirlərin əks
olunduğu LED ekranlı kiçik yük maşınları London, Mançester,
Birminqem və Qlazqo şəhərlərinin mərkəzi küçələrində bir gün
ərzində hərəkət edib.
Məqsəd yerli sakinlərin diqqətini 1992-ci il fevralın 25-dən
26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Xocalıda
azərbaycanlılara qarşı törətdiyi dəhşətli soyqırıma cəlb etmək
olub.
Qeyd edək ki, Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40
ölkəsində 150-yə yaxın tədbir keçirilib.