Ukrayna və Rusiya nümayəndə heyətləri danışıqlar prosesini davam etdirmək barədə razılığa gəliblər – Medinski

Belarusdakı görüşdən sonra Ukrayna və Rusiya nümayəndə heyətləri
danışıqlar prosesini davam etdirmək barədə razılığa gəliblər.

AzerTimes-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında
Rusiyanın danışıqlardakı nümayəndə heyətinin rəhbəri Vladimir
Medinskiy deyib.

“Ukrayna tərəfi ilə 5 saata yaxın davam edən danışıqlar indicə
başa çatıb. Bu müddət ərzində biz gündəlikdəki bütün maddələri
ətraflı nəzərdən keçirdik və ümumi mövqeləri proqnozlaşdıra
biləcəyimiz bəzi məqamları tapdıq. Ən əsası isə biz danışıqlar
prosesini davam etdirməyə razılaşdıq. Növbəti görüş yaxın günlərdə
Polşa-Belarus sərhədində baş tutacaq. Müvafiq müqavilələr var”, –
deyə V.Madeniskiy bildirib.