Birləşmiş Ərəb Əmirliklərində Vatikan səfirliyi açılıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə Müqəddəs Taxt-Tacın Apostol Nunsiaturasının (Vatikan səfirliyi) açılışı olub.

Trend-in məlumatına görə, bu barədə Vatikanın mətbut xidməti bildirib.

Qeyd olunur ki, səfirliyin açılması fikri Roma papası I Fransiskin BƏƏ-yə səfəri zamanı irəli sürülmüşdü.

Diplomatik missiyanın açılışı Roma papasının 2019-cu il fevralın 4-də ali imam Əhməd ət-Teyiblə keçirilmiş görüşünün ildönümü münasibətilə baş tutub.