Birjalarda neft qiymətləri necədir?

Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.

AzerTimes xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,17 dollar geriləyərək 66,88 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,10 dollar ucuzlaşaraq 63,72 dollar olub.


Teqlər: