Birinci vitse-prezident Mehriban Əliyeva yeni dünya rekorduna imza atan idmançımızı təbrik edib (FOTO)

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” hesabında paylaşım edərək yeni dünya rekorduna imza atan idmançımızı təbrik edib.

AzerTimes-ın məlumatına görə, paylaşımda deyili:

“Bizim növbəti qələbəmiz! Milli yığmamızın atleti Həmid Heydəri Azərbaycan üçün yeddinci qızıl medalı qazandı! Nizə atma yarışlarında o, 51,42 metr nəticə göstərərək yeni dünya rekorduna imza atdı. İdmançımızı səmimi-qəlbdən təbrik edir və milli yığmamıza yeni nailiyyətlər arzılayıram!”

Teqlər: