Birinci vitse-prezident Mehriban Əliyeva Yay Paralimpiya oyunlarında növbəti medal qazanan idmançılarımızı təbrik edib (FOTO)

Birinci vitse-prezident Mehriban Əliyeva “Tokio-2020” XVI Yay Paralimpiya oyunlarında növbəti medal qazanan idmançılarımızı təbrik edib.

AzerTimes-ın məlumatına görə, Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “İnstagram” hesabında edilən paylaşımda deyilir:

“Bizim yeni qələbələrimiz, növbəti medallarımız! İdmançılarımızı – qızıl medal sahibləri, dünya rekordunu yeniləmiş Elvin Astanovu, Dürsədəf Kərimovanı və bürünc medal qazanmış İlham Zəkiyevi səmimi qəlbdən təbrik edirəm. Sizin hamınıza və milli paralimpiya yığmamızın digər üzvlərinə möhkəm cansağlığı, yeni nailiyyətlər arzulayıram”.

Teqlər: