Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə Kəlbəcər və Laçına səfərdən görüntülər paylaşıb (VİDEO)

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Prezident İlham Əliyevlə Kəlbəcər və Laçına səfərdən görüntülər paylaşıb.

AzerTimes-ın məlumatına görə, paylaşımda deyilir:

“Əziz həmvətənlər,

İşğaldan azad olunmuş rayonlarımıza səfərlərimiz davam edir. Bu gün biz Kəlbəcər və Laçın rayonlarında olduq. Böyük məmnuniyyətlə səfərimizin görüntülərini sizinlə paylaşıram.

Dərin hörmət və sevgilərlə,

Sizin MEHRİBAN”

Teqlər: