Birinci vitse-prezident Mehriban Əliyeva Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi ilə görüşüb (FOTO)

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban
Əliyeva martın 10-da Böyük Britaniyanın Baş nazirinin Azərbaycan
üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə görüşüb.

Trend xəbər verir ki, əvvəlcə birgə foto çəkdirilib.

Görüşdə Azərbaycanla Böyük Britaniya arasında diplomatik
əlaqələrin qurulmasının 30 illiyinin bu il qeyd olunduğu
məmnunluqla vurğulanıb.

Sonra ölkələrimiz arasında bir çox sahələrdə əlaqələrin
genişləndirilməsi məsələləri müzakirə edilib.

Teqlər: