Azərbaycan gimnastları Akrobatika gimnastikası üzrə dünya çempionatında üç növ üzrə finala çıxıb

Xəbər - Cani Babayeva – Trend:

Akrobatika gimnastikası üzrə 28-ci Dünya çempionatında çıxış
edən Azərbaycan gimnastları Daniel Abbasov və Murad Rəfiyev kişi
cütlükləri arasında balans hərəkətlərində finala çıxıb.

Trend-in məlumatına görə, cütlük 27,520 xal
toplayıb.

Onlar bu gün, həmçinin temp hərəkətlərində 26,600 xal yığaraq
finala çıxmışdı.

Cütlük hər iki hərəkətin cəmində də 54,120 xal yığaraq ümumi
hərəkətlər üzrə finala vəsiqə qazanıb.

Qeyd edək ki, martın 10-13-də Milli Gimnastika Arenasında
akrobatika gimnastikası üzrə Bakıda ilk dəfə olaraq dünya
çempionatı keçiriləcək. Yarışlarda 17 ölkədən 170 gimnast iştirak
edəcək.

4 gün davam edəcək yarışlarda idmançılar qadın, kişi və qarışıq
cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans,
temp və qarışıq hərəkətlər üzrə çıxış edəcəklər.

Yarışda ölkəmizi gənclər arasında Avropa çempionları Daniel
Abbasov və Murad Rəfiyev kişi cütlüyü tərkibində təmsil edir.
Qarışıq cütlüklər tərkibində isə beynəlxalq turnirlərin qalibləri
Sabir Ağayev və Mehriban Salamova, Avropa çempionatının gümüş və
bürünc mükafatçıları Ağasif Rəhimov və Raziyə Seyidli mübarizə
aparacaqlar.

Xatırladaq ki, 2018-ci ildə ölkəmiz ilk dəfə akrobatika
gimnastikası üzrə Dünya kubokuna, bu il martın 3-dən 6-dək isə bu
növ üzrə 12-ci Dünya Yaş Qrupları Yarışlarına ev sahibliyi
edib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: