Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “İnstagram”
hesabında 28 May – Müstəqillik Günü ilə bağlı paylaşım edib.
Trend xəbər verir ki, paylaşımda deyilir:
“Bütün Azərbaycan xalqını 28 May – Müstəqillik Günü münasibətilə
səmimi-qəlbdən təbrik edirəm, hər bir Azərbaycan vətəndaşına möhkəm
cansağlığı, sevinc, sevgi və səadət arzulayıram! Qoy
müstəqilliyimiz əbədi olsun! Uca Tanrı doğma Azərbaycanımızı
qorusun!”