Azərbaycan və Türkiyə birgə texnopark yaradacaq (FOTO)

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri
Rəşad Nəbiyev “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya
Festivalı çərçivəsində ölkəmizdə səfərdə olan Türkiyənin sənaye və
texnologiya naziri Mustafa Varankla görüşüb.

Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, görüşdə festivalın keçirilməsinin əhəmiyyəti və hər
iki ölkəyə töhfələri barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan və Türkiyə arasında kosmik sənaye, müvafiq
mütəxəssislərin hazırlanması üçün birgə mərkəzin yaradılması, kadr
potensialının artırılması, o cümlədən elektron imzaların qarşılıqlı
tanınması istiqamətində müzakirə keçirilib.

Görüş çərçivəsində Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyi ilə Türkiyənin Sənaye və Texnologiya Nazirliyi arasında
birgə texnoparkın yaradılmasına dair Anlaşma Memorandumu
imzalanıb.

Teqlər: