Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödənişlərin veriləcəyi tarix açıqlanıb

Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödənişlərin
veriləcəyi tarix açıqlanıb.

Trend xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə
Heyətinin sədr müavini Səfər Mehdiyev “Sosial saat”da deyib.

Onun sözlərinə görə, 1991-1997-ci illərdə xəsarət almış Qarabağ
müharibəsi əlillərinə birdəfəlik ödənişlərin iyul ayından
başlanması nəzərdə tutulub.

Qeyd edək ki, I dərəcə əlilliyə görə 8800 manat, II dərəcə
əlilliyə görə 6600 manat, III dərəcə əlilliyə görə 4400 manat
verilməsi nəzərdə tutulur.

Teqlər: