Ölkənin ilk rəqəmsal bankı Birbanka yeni ödəniş üsulu əlavə edildi. Belə ki, istifadəçilər “QR ilə ödə” stikerini gördükləri istənilən yerdə Birbank tətbiqinin “QR” hissəsindən ödəniş edə, üstəlik buna görə 2% keşbek qazana bilərlər.
Bunun üçün istifadəçi ödəniş zamanı ilk olaraq kassirə ödənişi QR-kod ilə edəcəyini bildirməli, Birbank mobil tətbiqinin əsas səhifəsində aşağıda yerləşən “QR” hissəsinə keçid etməli və kassirin təqdim etdiyi QR-kodu Birbank ilə skan edərək ödənişi tamamlamalıdır.
Yeni ödəniş üsulunu yalnız Birbank hesabına bağlı olan şəxsi Kapital Bank kartları ilə həyata keçirmək mümkündür. Əgər istifadəçi ödəniş etdiyi sahə üzrə daha çox keşbek qazandıran digər aktiv kampaniyaya qoşulubsa və ya əlavə keşbek kateqoriyası seçibsə ödənişə daha yüksək faizli keşbek hesablanır. Bundan əlavə ödəniş edilən məntəqə Birbank partnyorudursa və daha yüksək keşbek təklif edirsə ödənişə yüksək keşbek faizi tətbiq edilir.
Ödənişin geri qaytarılması zamanı QR-kod mütləq ödəniş icra olunan Birbank hesabı vasitəsilə skan edilməlidir. Yeni funksiya ilə aylıq qazanıla bilən maksimum keşbek 500 AZN-dir. Toplanan keşbeki Birbank mobil tətbiqində keşbek kabinetindən izləmək mümkündür. Ətraflı məlumat üçün: bir.bank/bbqrp
Birbank kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Feysbuk və İnstaqram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, Vatsap vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.