Bir sıra bölgələrdə tədrisin dayandırılmaması düzgün qərardır – Emin Əmrullayev

Xəbər - İlhamə İsabalayeva – Trend:
Bir sıra bölgələrdə tədrisin dayandırılmaması düzgün qərardır. Amma ayrı- ayrı yerlərdə yoluxma riksi yarandıqda onlar da distant keçirilir.
AzerTimes-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev sosial şəbəkədə istifadəçilərin suallarını cavablandırarkən deyib.
Nazir qeyd edib ki, bəzi rayonlarda gündəlik yoluxma halı 3-4-dür: “Bunların hər biri lokal xarakter daşıyır. Buna görə də bütün ölkə üzrə məktəblərdə kütləvi qapanmaya gedilmədi. Bəziləri hesab edirlər ki, müəllimlər üçün yoluxma riski artır. Bəli, bu, belədir. Amma bütün vətəndaşlar bu risklə üz-üzrədir. Hesab edirəm ki, müəllimlərin böyük sevinci onların şagirdlərlə üz-üzə dərs keçməidir”.
Nazirin sözlərinə görə, məktəblərdə son günlər ərzində davamiyyətin kəskin aşağı düşməsi müşahidə edilirdi. Bakı, Suqmayıt, Abşeron, Şəki və Gəncədə tədrisin dayandırılması barədə qərar verilərkən bu amil də nəzərə alınıb.

Teqlər: